Millət vəkili: “Vardanyan tezliklə qəşəng bəhanə ilə Qarabağı tərk edəcək” -Özəl

Rusiya sülhməramlı kontingentinin Laçın yoluna Azərbaycanla birgə nəzarət etməkdən başqa alternativi yoxdur. Millət vəkili Rasim Musabəyov belə hesab edir.

“Media, erməni siyasətçiləri və analitikləri, ermənipərəst amerikalılar və avropalılar Laçın dəhlizinə tam nəzarəti bərpa etmək üçün Moskvaya güc tətbiq etmək çağırışları edirlər. Amma etiraz aksiyası ikinci aydır ki, davam edir, Rusiya sülhməramlı kontigenti tərəfindən isə gözlənilən “qətiyyətli” hərəkətlər baş vermir. Bunun tutarlı səbəbləri var. Rusiyanın sülhməramlı kontingenti öz fəaliyyətində məhduddur. Birincisi, Rusiya sülhməramlı kontigenti öz məsuliyyət zonasında təkcə ermənilərin deyil, həm də azərbaycanlıların təhlükəsizliyini təmin etməyə borcludur. Rusiya sülhməramlıları Vardanyana və onun səfərbər etdiyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz istismar olunan mədənlərin razılaşdırılmış monitorinqini pozan etirazçı Qarabağ ermənilərinə qarşı çıxmayıbsa, o zaman onlar azərbaycanlı ekoloji fəalların da analoji etirazı ilə barışmalıdırlar.

Rusiya sülhməramlı kontigentinin onlara qarşı silah işlətməyə haqqı yoxdur, lakin etirazçıları sıxışdırıb yoldan çıxarmaq iqtidarında da deyil. Şuşa şəhərində hadisə yerindən bir neçə yüz metr aralıda Azərbaycan komandosları yerləşir ki, onlar lazım gələrsə, azərbaycanlı vətəndaş fəallarına köməyə gələcək və gənc rus əsgərlərini asanlıqla öz yerinə oturdacaqlar. Ukraynada müharibədə ilişib qalan Rusiya Azərbaycanla birbaşa silahlı toqquşmaya gedə bilməz. Azərbaycan Respublikası silahlı qüvvələrinin üç tam təchiz olunmuş korpusu Rusiya sülhməramlı kontigentinin nəzarət zonasının perimetri boyu Rusiya sülhməramlılarından sayca və atəş gücünə görə on dəfə çoxdur. Deməli, Laçın yolundan sırf humanitar məqsədlər üçün istifadə olunması məsələsində birgə nəzarətlə bağlı Bakı ilə razılaşmanın alternativi yoxdur.

İnanıram ki, üstüörtülü danışıqlar gedir və Vardanyanın müqaviməti dəf olunacaq, özü isə tezliklə qəşəng bəhanə ilə Qarabağı tərk edəcək”, – deyə Rasim Musabəyov qeyd edib.

Etibar Məmmədov /aktualtv.az/

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]