Osloda iki ildən bir keçirilən musiqiçilərin Kraliça Sonya Beynəlxalq Müsabiqəsinin təşkilatçıları Rusiya və Belarus vətəndaşlığı olan ifaçıların ərizə təqdim etməsinə icazə verməyəcəklər.
Aktualtv.az xəbər verir ki, bu barədə müsabiqənin təşkilatçılarının instaqramda rəsmi səhifəsində dərc edilmiş bəyanatda deyilir.
“Müsabiqə Ukrayna və onun vətəndaşları ilə həmrəyliyi ifadə edir, ona görə də Rusiya və ya Belarus vətəndaşlığı olan müğənnilərin müraciətləri qəbul edilməyəcək”, – deyə məlumatda bildirilir. Tədbir avqustun 15-dən 26-a kimi baş tutacaq.
Kraliça Sonya Beynəlxalq Musiqi Müsabiqəsi 1988-ci ildən Norveçdə keçirilir. 2021-ci ildə baş tutan sonuncu müsabiqədə qələbəni rusiyalı müğənni, Böyük Teatrın Gənc Opera Proqramının artisti, soprano Mariya Motolıgina qazanıb.
Səbinə Kərimova/aktualtv.az










