Rusiyaya qarşı ittifaq – Ukrayna Gürcüstana ümid bağlayır – Özəl

Ukrayna ümid edir ki, Gürcüstan Ukraynaya silah və hərbi texnika ilə yardım edən, eləcə də Rusiyaya qarşı sanksiyalara qoşulan tərəfdaşlar sırasına qatılacaq.

Aktualtv.az xəbər verir ki, bu sözləri Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Perebiynis Gürcüstanın Ukraynadakı səfiri Georgi Zakaraşvili ilə görüşündə bildirib. Perebiynis rəsmi Tiflisin öz mövqeyinə yenidən baxacağına ümid etdiyini bildirib. Perebiynis Gürcüstan və Rusiya arasında birbaşa uçuşların mümkün bərpasından narahatlığını ifadə edib.

Öz növbəsində gürcü diplomat əmin edib ki, Gürcüstan Rusiyaya uçuşları bərpa etmək niyyətində deyil. Qeyd edək ki, Tiflisin Rusiya ilə hava əlaqəsini bərpa etməsi barədə məlumat yayıldıqdan sonra Ukraynanın bu ölkədəki səfiri ukraynalıların təxliyə edilə biləcəyini açıqlamışdı. Onun fikrincə, rusların Gürcüstana kütləvi gəlişi buradakı ukraynalılar üçün təhlükə yarada bilər.

Büllur Məmmədova / aktualtv.az/

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]