Türkiyənin Stokholmdakı səfirliyində irqçi Rasmus Paludan Quranı yandırdıqdan sonra sular sakitləşmir. Nazir Çavuşoğlu baş verənlər qarşısında İsveç hökumətinə sərt davranaraq, “Sən bu cinayətin ortağı olmusan” deyib.
Aktualtv.az xəbər verir ki, Türkiyənin Stokholmdakı səfirliyində irqçi Rasmus Paludan Quranı yandırdıqdan sonra sular sakitləşmir. Nazir Çavuşoğlu baş verənlər qarşısında İsveç hökumətinə sərt davranaraq, “Sən bu cinayətin ortağı olmusan” deyib. Çavuşoğlu həmçinin, “İsveçdəki alçaq hərəkət nifrət cinayətidir, irqçi bir hərəkətdir. İsveç rəhbərliyi buna icazə verərək bu alçaq hərəkətin ortağı oldu, bu qədər sadədir, heç kim bizə başqa bir şey deməyə çalışmasın. “
NATO BƏYANATI
NATO prosesini dəyərləndirən nazir Çavuşoğlu, “İsveç qərar verməlidir. NATO-ya üzv olmaq istəyir? Bu mühitdə üçtərəfli görüşün mənası olmayacaq. Mövcud mühit buna kölgə salacaq, ona görə də belə olub”.










