“Sosial şəbəkələri tənzimləyən qanunvericilik olmalıdır” – Deputat

“Sosial şəbəkələrdə insan hüquqlarının qorunması vacib məsələlərdən biridir. Bununla bağlı geniş müzakirələr aparılmalıdır”.

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşiroğlu deyib.

O bildirib ki, sosial şəbəkələri tənzimləyən qanunvericilik olmalıdır:

“Yaxın gələcəkdə sosial şəbəkələrlə bağlı qanun layihəsi hazırlananda tənqidlər olmamalıdır. Bu istiqamətdə cəmiyyətin sifarişini müəyyən edən və sosial şəbəkələri tənzimləyən layihə hazırlanmalıdır. Çünki sosial şəbəkələr cəmiyyətimizin gələcəyinə böyük zərbə vurur. Sosial şəbəkələrdə azyaşlı uşaqlarla bağlı videolar adamı dəhşətə gətirir. Bu məsələləri ciddi şəkildə müzakirə etməliyik”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]