“Zatulinlər artıq Ermənistanda uduzub” – Özəl – AÇIQLAMA

“Konstantin Zatulin Rusiyanın yüksək məqamında ifrat ermənipərəstliyi və anti-Azərbaycan düşüncələri ilə seçilib. Bu gün onun Ermənistan hakimiyyəti əleyhinə fikirləri ilk növbədə gülüş doğurur”.

Bu fikirləri Aktualtv.az-a açıqlamasında Türküstan Media Qrupunun rəhbəri Aqil Camal söyləyib.

Aqil Camal bildirib ki, Zatulin və onun Rusiyadakı ermənipərəst fikirdaşları bu gün Ermənistanın davranışlarından hiddətlənməklə, əslində indiyəqədərki fəaliyyətlərinin puç olduğunu etiraf etmiş olurlar:

“Bu gün Paşinyan Rusiyanın Ermənistan və ermənilər üçün bütün tarixi xidmətlərini unudaraq Qərbyönümlü kurs götürüb. Avropa İttifaqı müşahidəçilərinin uzun müddətə ölkədə yerləşdirilməsi haqda qəbul edilən qərarlar buna sübutddur”.

Aqil Camal əlavə olaraq qeyd edib ki, Rusiya Zatulinlərin simasında artıq Ermənistanda uduzub. Çünki, onlar ermənilərin necə etibarsız bir toplum olduqlarını hesablamamışdılar.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]