ABŞ Vaqneri “beynəlxalq cinayət təşkilatı” elan etdi – Özəl

ABŞ Rusiyanın muzdlu şirkəti “Vaqner”i rəsmən “beynəlxalq cinayət təşkilatı” elan edib. Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bir müddət əvvəl gündəlik mətbuat konfransında Yevgeni Priqojinin rəhbərlik etdiyi rus muzdlu dəstəsinin ABŞ Maliyyə Nazirliyi tərəfindən “ciddi beynəlxalq cinayət təşkilatı” kimi tanınacağını bildirib.

ABŞ Rusiyanın muzdlu şirkəti “Vaqner”i rəsmən “beynəlxalq cinayət təşkilatı” elan edib.

Aktualtv.az xəbər verir ki, Ağ Ev ABŞ Maliyyə Nazirliyinin Rusiyanın hərbi şirkəti Wagner qrupunu “beynəlxalq cinayət təşkilatı” kimi tanıyacağını açıqlayıb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi gündəlik mətbuat konfransında Yevgeni Priqojinin rəhbərlik etdiyi rus muzdlu dəstəsinin ABŞ Maliyyə Nazirliyi tərəfindən “ciddi beynəlxalq cinayət təşkilatı” kimi tanınacağını açıqlayıb.

Kirbi bu görüşdə Rusiya Müdafiə Nazirliyi ilə Vaqner qrupu arasında fikir ayrılıqlarının olduğunu və Vaqner qrupunun bu sahədə mərkəzi gücə çevrildiyini bildirib.

Vaqner qrupu və onun müxtəlif qitələrdəki tərəfdarlarına qarşı əlavə sanksiyalar tətbiq edəcəklərini ifadə edən Kirbi, Şimali Koreyanın ötən il Ukraynada istifadə üçün Vaqner qrupuna silah təhvil verdiyini göstərən peyk fotolarını da paylaşıb. Paylaşdığı fotolara görə Kirbi Şimali Koreyadan gələn silahların qatarla konteynerlərə yüklənərək Rusiyaya çatdırıldığını iddia edib.

Kirbi Şimali Koreyanın bu hərəkətlərini pisləyib və qeyd edib ki, bu ölkədən silah ötürülməsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin birbaşa pozulmasıdır.

Con Kirbi bu məsələ ilə bağlı BMT-ni məlumatlandırdıqlarını bildirib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]