Daha bir ölkə qarışır: Bombalı hücum TƏHLÜKƏSİ – Özəl

Bildirilib ki, dördüncü dəfə Litvanın paytaxtı Vilnüsdə hava limanına, məktəblərə, idman zalı və prokurorluğa bombalı hücum təhlükəsi olan məktublar göndərilib.

Aktualtv.az xəbər verir ki, bu həftə dördüncü dəfə bəzi binalara təhdid məktubları göndərilib.
Bildirilib ki, Vilnüs hava limanına, paytaxtdakı 5 məktəbə, şəhərin mərkəzindəki idman zalı və prokurorluğun ofisinə bombalı hücum təhlükəsi olan məktublar göndərilib.

Polisin sözçüsü Yuliya Samorokovskaja bildirib ki, polis bütün müvafiq yerləri yoxlayıb və şübhəli heç nə ilə qarşılaşmayıb.

Polis faktla bağlı araşdırmalara başlanıldığını bildirib.

Səbinə Kərimova /aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]