Gərginliyi artıran sözlər: “Rusiya artıq NATO ilə müharibədədir” – Özəl

Qərb müttəfiqlərinin tank yardımının Putinin qəzəbini artırdığını iddia edən yüksək rütbəli AB rəsmisi “Rusiya indi NATO və Qərblə müharibədədir” dedi.

Almaniya hökumətinin Ukraynada davam edən müharibə üçün 14 Leopard 2 tankı göndərmək qərarından sonra ABŞ bir neçə ay ərzində Ukraynaya 31 M1 Abrams tankı göndərəcəyini açıqlayıb.

Aktualtv.az xəbər verir ki, Fransa və İngiltərənin qəbul etdiyi qərarlardan əlavə, Polşadan Ukrayna üçün xoş xəbər gəlib. Polşanın baş naziri Mateusz Morawiecki Kanada mətbuatına verdiyi müsahibədə Ukraynaya Alman Leopard 2 tankından başqa daha 60 tank verəcəklərini bildirib.

Qərb müttəfiqləri tərəfindən Ukraynaya müasir tankların tədarükü ilə bağlı razılığın əldə edilməsində Polşanın rolunu qeyd edən baş nazir Mateuş Morawiecki, “Polşanın rolu digər ölkələri razı salmağa kömək etdi” dedi. Polşanın təxminən 6 ay əvvəl Ukraynaya 250-dən çox tank verən ilk ölkə olduğunu ifadə edən Mateusz Morawiecki, 14 Leopard 2 tankına əlavə olaraq 60 daha modernləşdirilmiş tank verəcəklərini bildirib. 60 tankdan 30-nun Polşa istehsalı olan PT-91 Twardy əsas döyüş tankları olacağını bildirən Morawiecki, qalan 30 tankın modelləri haqqında məlumat verməyib.

Ukrayna rəsmiləri deyirlər ki, müharibə başlayandan bəri ən azı 300 müasir tanka ehtiyac var.

Qərb müttəfiqlərinin açıqlamalarına görə, Ukraynaya 300 olmasa da, ən azı 100 tank göndəriləcəyi düşünülür. Hərbi analitiklərin fikrincə, bu tanklar döyüşdə ciddi fərq yarada bilər.

Kreml ABŞ və Almaniyanın Ukraynaya tank göndərmək qərarını “münaqişədə birbaşa iştirak” kimi qiymətləndirib. Rusiya prezidenti Putin indiyə qədər heç bir açıqlama verməsə də, Avropa İttifaqından (Aİ) yüksək səviyyəli bir səlahiyyətli tank qərarını “oyunu dəyişdirən” addım kimi qiymətləndirib və Rusiya liderinin qəzəbinin yenidən alovlandığını iddia edib.

Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannino Tokioda keçirdiyi mətbuat konfransında Rusiya prezidenti Vladimir Putinin “xüsusi əməliyyatlar” anlayışını tərk etdiyini və hazırda NATO və Qərbə qarşı müharibədə olduğunu iddia edib.

“Düşünürəm ki, bu, Rusiyanın müharibəni fərqli mərhələyə daşımaq yolunun təkamülüdür” deyən Sannino, Rusiyanın mülki və hərbi hədəflərdən asılı olmayaraq kütləvi hücumlar təşkil edəcəyini və Qərbə cavab tədbirləri görəcəyini irəli sürüb.

Sanninonun açıqlamaları Qərbdə böyük əks-səda doğurdu. Qəzetlər bu bəyanatı “Rusiya artıq NATO ilə müharibədədir” başlığı ilə oxucuları ilə paylaşıb.

“Beynəlxalq Holokostu Anma Günü”ndə çıxış edən Rusiya prezidenti Putin üstüörtülü şəkildə qorxudub: “Tarixi dərsləri unutmaq dəhşətli faciələrin təkrarlanmasına gətirib çıxarır. Ukraynada neonasistlərin dinc əhaliyə qarşı təşkil etdiyi cinayətlər bunu əyani şəkildə sübut edir. “Əsgərlərimiz bu bəlaya qarşı böyük şücaətlə mübarizə aparır.

Digər tərəfdən, Avropa Birliyi Rusiyaya qarşı iqtisadi sanksiyaları iyulun 31-dək uzadıb.

Səbinə Kərimova /aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]