“İran hakimiyyət orqanları məsuliyyət daşıyır” – Vəkil

“İrandakı Azərbaycanın səfirliyinə hücum diplomatik missiyalarımıza əvvəlki hücumların artan xətt üzrə davamıdır”.

Bu barədə vəkil Cavad Cavadov sosial şəbəkə hesabında yazıb.

“Diplomatik missiyanın mühafizəsi onun yerləşdiyi xarici dövlətin aidiyyatı qurumlarının üzərinə düşür. Terror aktına görə mühafizə lazımi səviyyədə təşkil olunmadığına görə İran hakimiyyət orqanları məsuliyyət daşıyır. Digər məsuliyyət məsələsi istintaq yolu ilə həll olunmalıdır. Cinayət Məcəlləsinin 11-ci maddəsinə görə, bu cinayət Azərbaycan Respublikasının ərazisində baş verdiyindən Baş Prokurorluq əvvəlki hücumlarda olduğu kimi bununla bağlı cinayət işi başlamalıdır”. – deyə vəkil bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]