Müsəlmanlar Avropa siyasətində yüksələn ifrat SAĞÇILARIN HƏDƏFİNDƏDİR – Özəl

Brüssel mərkəzli hesabatda Fransa, İtaliya və İsveçdə keçirilən və milliyyətçi diskursun üstünlük təşkil etdiyi seçkilərin və bunun nəticəsində ifrat sağçıların xeyli səs toplamasının İslamofobiyanın artmasına səbəb olduğu ortaya çıxıb.

2022-ci ildə Avropa siyasətində ifrat sağın yüksəlişinin müsəlmanlara qarşı (islamofobiya) hallarının da artmasına səbəb olduğu müəyyən edilib.

Aktualtv.az xəbər verir ki, Brüsseldə yerləşən Avropada İslamofobiyaya Qarşı Kollektivin (CCIE) dərc etdiyi 2022-ci il hesabatında, ötən il Fransa, İtaliya və İsveçdə keçirilən və millətçi diskursun hakim olduğu seçkilər nəticəsində ifrat sağçıların xeyli səs qazanması faktı, İslamofobiyanın yüksəlişinə yol açtığı vurğulanıb.

Hesabatda Fransada ifrat sağçı namizəd Marin Le Penin Emmanuel Makronla qarşılaşdığı 2022-ci il seçkilərinin “ictimai arenada böyük islamofobik partlayış anı” təşkil etdiyi bildirilib.

Avropada İslamofobiyanın tez-tez inkar edildiyi və əhəmiyyətsiz hala gətirildiyi vurğulanan hesabatda islamofobiya ilə bağlı statistik məlumatlar ilə yerdəki faktlar arasında böyük uçurum olduğu bildirilib.

Məlumata görə, son bir ildə CCIE-yə 787 müraciət daxil olub və onlardan 527-nin islamofobiya faktı olduğu müəyyən edilib. Bunlara ayrı-seçkilik, təxribat, nifrət cinayətləri, təhqirlər, fiziki hücumlar və mənəvi təzyiq kimi hərəkətlər daxildir.

527 hadisədən 427-də qurbanlar qadın olduğu halda, bu hadisələrin 251-i dövlət, 186-sı isə özəl şirkətlərdə qeydə alınıb.

İslamofobiyanın yarandığı müxtəlif yerlər olsa da, məktəblər belə halların tez-tez baş verdiyi yerlər kimi qeydə alınıb. Müxtəlif dərəcəli məktəblərdə 115 hadisə baş verib, onlardan 83-ü qızların geyim seçimlərinə qarşı ayrı-seçkilik kimi müəyyən edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]