Ordu tarixində yenilik – kamikadze və kəşfiyyat dronlarının uçuşu – Özəl

Gürcüstanın Polşa ilə birgə hazırladığı kamikadze və kəşfiyyat dronlarının sınaq uçuşu olub.

Aktualtv.az xəbər verir ki, Gürcüstanın hökumət administrasiyasının yaydığı məlumata görə, “WARMATE” adlı kamikadze və “FLYEYE” adlı kəşfiyyat dronlarının Krtsanisi poliqonunda keçirilən sınaq uçuşları uğurlu olub. Sınaq uçuşlarının polşalı və gürcü mütəxəssislər tərəfindən həyata keçirildiyi bildirilib.

Məlumata görə “FLYEYE” dronu istənilən iqlim zonasında, çətin meteoroloji və radio-elektron mübarizə şəraitində real zamanlı müşahidə aparmağa imkan verir. “WARMATE” dronunun isə müxtəlif döyüş başlıqlarının olduğu, artıq həm Polşada, həm də NATO-nun digər üzv ölkələrində ordu birləşmələri, eləcə də xüsusi təyinatlı qüvvələr tərəfindən istifadə edildiyi bildirilib. Gürcüstanın “Delta” müdafiə sənayesi şirkəti illik yüzlərlə dron istehsal etmək qabiliyyətinin olduğu vurğulanıb.

Etibar Məmmədov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]