Tramp Ukraynadakı münaqişəni bir günə həll edə biləcəyini deyib – Özəl

ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib ki, əgər o, hazırda Amerika administrasiyasının rəhbəri postunda olsaydı, 24 saat ərzində Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail ola bilərdi.

“Hətta indi mən ABŞ-nin prezidenti olsaydım, 24 saat ərzində bu dəhşətli müharibənin sona çatması ilə bağlı danışıqlar apara bilərdim” – deyə, o bildirib.

Aktualtv.az xəbər verir ki, bundan əvvəl Tramp ABŞ-ın hazırkı prezidenti Co Bayden administrasiyasının Ukrayna ilə bağlı hərəkətlərini şərh edərkən bəyan etmişdi ki, Kiyevə milyon dollarlıq yardım göndərilməməli, münaqişəyə sövdələşmə ilə son qoyulmalıdır. Bundan əlavə, Tramp ABŞ-nin hərəkətlərinə görə Ukraynadakı münaqişənin dünya müharibəsinə gətirib çıxara biləcəyi fikrini ifadə edib.

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bildirib ki, ABŞ administrasiyası Ukrayna ilə bağlı danışıqlarda Rusiyaya qarşı müəyyən sanksiyaların yumşaldılmasını nəzərdən keçirməyə hazırdır. Eyni zamanda, o vurğulayıb ki, ABŞ Ukraynanın Rusiya Federasiyasının tərkibinə daxil olmuş və ya Rusiya hərbçilərinin nəzarətində olan ərazilərə nəzarətini bərpa etməsini təmin etmək istəyir. Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski buna cavab olaraq qeyd edib ki, Nulandın mesajı Moskva üçün qəbuledilməzdir, çünki tarixi qərarlar məhdudiyyətlərə yenidən baxılması vədinə çevrilə bilməz.

Səbinə Kərimova /aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]