Türkmənistanda seçkilərin təqvimi açıqlandı – Özəl

Türkmənistanda Mərkəzi Seçki Komissiyası deputatlığa namizədlik üçün ərizələrin fevralın 24-dək verilə biləcəyini açıqlayıb.

Aktualtv.az xəbər verir ki, Türkmənistan Mərkəzi Seçki Komissiyasından verilən açıqlamaya görə, deputatlığa namizədlik üçün müraciətlər fevralın 24-dək verilə bilər. Türkmənistanın Seçki Qanununa əsasən, namizəd irəli sürmək hüququ siyasi partiyalara, eləcə də seçkinin təyin olunmuş gününə qədər qeydə alınmış vətəndaş təşəbbüs qruplarına məxsus olacaq.

Konstitusiyaya görə, 5 ildən bir keçirilən parlament seçkiləri martın 26-da keçiriləcək. Müvafiq qanunun 44-cü maddəsinə əsasən, deputatlığa namizədlik prosesi seçkiyə 60 gün qalmış başlayır və seçkiyə 30 gün qalmış başa çatır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]