Yeni epidemiya qapıdadır: Dişləməsi 26 nəfərin ölümünə səbəb olur – Özəl

Kovid-19-un ortaya çıxdığı Çindən maraqlı görüntülər gəlməyə davam edir. Nəhayət, restoranda yemək sifarişi verilən canlı dünya gündəminə bomba kimi düşüb.

Yedikləri qəribə yeməklərlə tez-tez gündəmdə olan Çində 2020-ci ilin əvvəlində yarasalar səbəbiylə Kovid-19 yayılıb. Bütün dünyanı təsir edən pandemiyada 100 milyondan çox insan həyatını itirdi.

Tənqid obyektinə çevrilən ölkədən daha bir maraqlı xəbər gəlib. Sözügedən xəbər dünya mətbuatının gündəmində olsa da, reaksiya da çəkib.

Aktualtv.az xəbər verir ki, 26 adamı bir dişləmə ilə öldürdüyü bilinən mavi üzüklü ahtapotun bir restoranda süfrəyə verildiyi bildirilib.

Yer üzündəki ən təhlükəli heyvanlardan biri olan ahtapot, zəhərini yeritdikdə 20 dəqiqə ərzində insanı öldürə bilir.

Hadisənin gündəmə gəlməsi ilə bağlı restorandan açıqlama gəlib. Sözügedən açıqlamadakı vəziyyətin səhv olduğu bildirilib və yaranmış xoşagəlməz vəziyyətə görə üzr istəyib.

Restoranın açıqlamasından bir neçə dəqiqə sonra dünyaca məşhur Natural History jurnalından yazılı açıqlama yayımlanıb. Jurnal mövzu ilə bağlı bunları deyib:

“Biz əvvəllər mavi üzüklü ahtapotların normal ahtapotlarla qarışdırılması hallarını görmüşük. Lakin onların nisbəti kifayət qədər aşağıdır.

Digər tərəfdən ahtapot sifariş edən şəxs sosial media hesabında son durumu ilə bağlı yumoristik paylaşım edib.

İndependent-in verdiyi xəbərdə sözügedən ahtapotun yeyildiyi təqdirdə 20 dəqiqə ərzində iflic, tənəffüs çatışmazlığı və daha sonra ölümlə nəticələnəcəyi yazılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]