“Əlimizdə fərqli məlumatlar var” – Ceyhun Bayramov

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında telefon danışığı olub.

Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu pisləyib.

“Can Azərbaycanın yanındayıq”, – deyən XİN rəhbəri şəhid olan səfirlik əməkdaşı üçün başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Bundan sonra o, İrana da zəng edib.

“Azərbaycan nümayəndəliklərinə hücumlar son vaxtlar artıb, İrana səslənirik, hücumun arxasındakı həqiqət üzə çıxmalıdır. Diplomatik nümayəndəliklərin qorunması ev sahibi ölkələrin məsuliyyətidir, cinayətkarlardan ən qısa zamanda tutlmasını gözləyirik. Heç bir ehtimalı gözardı etmək lazım deyil. Bayramov “əlimizdə fərqli məlumatlar var” dedi”, – deyə Çavuşoğlu açıqlayıb. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]