Tanınmış polkovnik Naxçıvana rəis təyin olundu

Naxçıvan şəhər Polis İdarəsinə yeni rəis təyin olunub.

Aktualtv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu vəzifəyə polkovnik Qazıbəyov Eldar Nadir oğlu gətirilib.

Eldar Qazıbəyov bu təyinatadək Nəsimi rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini olub.

O, vaxtilə Sabunçu və Suraxanı rayonlarının polis rəisi vəzifələrində çalışmış mərhum polis polkovniki Etibar Qazıbəyovun qardaşı oğludur.

Qeyd edək ki, Eldar Qazıbəyov eyni zamanda, idmanın tayboks və muay-tay növləri üzrə dünya çempionudur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]