Almaniya artıq Rusiya Federasiyası ilə əməkdaşlıq etmir və yeni reallığa tez uyğunlaşa bildi.
Aktualtv.az xəbər verir ki, Almaniya hökumətinin mətbuat xidmətinin məlumatına əsasən, bunu Almaniya kansleri Olaf Şolts bildirib.
Şolts Latın Amerikasına səfərindən əvvəl jurnalistlərə açıqlamasında “24 fevral 2022-ci ildə dövr dəyişikliyi ilə üzləşdik və Almaniya bu yeni reallığa tez uyğunlaşdı. Bizim artıq Rusiya ilə əməkdaşlıq etmədiyimiz bir həqiqətdir” dedi.
Almaniya kansleri onu da vurğulayıb ki, Almaniya artıq Rusiya qazı, nefti və kömüründən asılı deyil. Onun sözlərinə görə, ölkə bir neçə ay ərzində enerji sektorunu transformasiya etməyi bacarıb, lakin iqtisadiyyatın birtərəfli asılılığının azaldılması istiqamətində işləri davam etdirir.
Bundan əvvəl Şolts Ukraynada müharibə bitəcəyi təqdirdə Moskva ilə iqtisadi əməkdaşlığa qayıdacağına söz vermişdi.
Almaniya kansleri həmçinin qeyd edib ki, o, Rusiya prezidenti Vladimir Putin, dəfələrlə bəyan etdiyi kimi Ukraynanı fəth etmək və müharibəni davam etdirmək planlarından əl çəkməyəcək.
Şolts, buna baxmayaraq, Putinlə dialoqu davam etdirməyi planlaşdırdığını da vurğulayır.
Etibar Məmmədov/ aktualtv.az










