Malayziyanın Xarici İşlər Nazirliyi rəsmi twitter hesabında Tehranda baş vermiş terror hadisəsi ilə bağlı paylaşım edib.
Aktualtv.az xəbər verir ki, paylaşımda qeyd olunur ki, Malayziya zorakılığın və terror aktlarının bütün formalarını rədd edir və hadisələri yaxından izləyir:
“Malayziya zorakılığın və terror aktlarının bütün formalarını rədd etməkdə öz qəti mövqeyini bir daha təsdiqləyir və bu mənfur hücumun günahkarlarının tezliklə məsuliyyətə cəlb edilməsinə çağırır. Hadisə nəticəsində həlak olan şəxsin ailəsinə, eləcə də Azərbaycan Respublikasının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir. Malayziyanın Tehrandakı səfirliyi hadisələri yaxından izləyir və ən son təhlükəsizlik yeniləməsi üçün yerli hakimiyyət orqanları ilə fəal əlaqə saxlayır”.
Səbinə Kərimova /aktualtv.az










