İsveç xarici işlər naziri: Türkiyə-İsveç danışıqları dayandırılıb – Özəl

Ardıcıl terror və anti-islam təxribatlarına yol verən İsveçdən NATO haqqında məlumat yayılıb.

Aktualtv.az xəbər verir ki, İsveçin xarici işlər naziri Tobias Billström Türkiyə-İsveç danışıqlarının dayandırıldığını açıqlayıb.

İsveç rəhbərliyi terror təşkilatı PKK-nın təxribatlarına icazə verib, Türkiyənin Stokholm səfirliyi qarşısında Qurana hörmətsizliyin qarşısını almayıb.

Türkiyə bu hərəkətlərdən sonra ən yüksək şəkildə reaksiyasını bildirərək qeyd edib ki, üçlük Madrid razılaşmasındakı öhdəliklərini yerinə yetirməyincə, İsveçin NATO-ya üzvlük prosesini təsdiq etməyəcəklər.

Bu hadisələrdən sonra İsveçin xarici işlər naziri Tobias Billström Türkiyə ilə NATO danışıqlarının dayandırıldığını açıqlayıb.

Buna baxmayaraq, Billström bildirib ki, hökumətin ümidi bu yay NATO-nun tamhüquqlu üzvü olmaqdır.

O, bu il iyulun 11-12-də Litvanın paytaxtı Vilnusda keçiriləcək NATO sammitinə qədər üzvlük gözlədiklərini bildirib.

Murad Həsənov /aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]