Latın Amerikası Ukraynaya silah göndərmək niyyətində deyil – Özəl

Alberto Fernandez Olaf Şolzla “münaqişənin həlli ilə bağlı fikirlərini” bölüşüb.

Aktualtv.az xəbər verir ki, Argentina və digər Latın Amerikası ölkələri Ukraynaya və ya digər münaqişə zonalarına silah göndərməyi planlaşdırmır. Bu barədə şənbə günü Cənubi Amerika Respublikasının prezidenti Alberto Fernandes məlumat verib.

O, Almaniya kansleri Olaf Şolzla görüşdən sonra Buenos-Ayresdə keçirdiyi mətbuat konfransında bunları deyib: “Argentina və Latın Amerikası Ukraynaya və ya hər hansı digər münaqişə zonasına silah göndərməyi düşünmür.

Argentina lideri Rusiyanın hərbi əməliyyatını pislədiyini, lakin Avropa ölkələrinin hərəkətlərini qiymətləndirməkdən yayındığını qeyd edib:

“Dövlətlərin qəbul etdiyi qərarlarla bağlı öz fikrimi ifadə edə bilmərəm. Lakin bilirəm ki, kansler və mən ən çox sülhün mümkün qədər tez bərpa olunmasını istəyirik və bu məsələ ilə bağlı fikirlərimiz üst-üstə düşür”.

Kolumbiya prezidenti Qustavo Petro təsdiqləyib ki, ABŞ Rusiya və Sovet istehsalı olan mövcud silahları Ukraynaya vermək istəyir, lakin onun ölkəsi bundan imtina edir. Braziliyanın “Folha de S.Paulo” qəzeti yazıb ki, Berlinin tələbinə baxmayaraq, Braziliya Alman Leopard tankları üçün Kiyevə sursat daşımayacaq.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]