Sosial mediada ən çox izlənən liderlər açıqlandı – Maraqlı siyahı – Özəl

İtaliyada aparılan araşdırmada sosial mediada ən çox izləyicisi olan liderlər müəyyən edilib.

Aktualtv.az xəbər verir ki, İtaliyanın ANSA agentliyinin xəbərinə görə, Facebook, Instagram və Twitter əsasında aparılan araşdırmada 24 dövlət və ya hökumət başçısının sosial media hesabları təhlil edilib.

Aparılan araşdırmaya görə, prezident Ərdoğan dünyada sosial mediada ən çox izlənən liderlər sırasında olub.

Bu araşdırmaya görə, sosial mediada ən çox izlənən dünya liderləri ABŞ prezidenti Co Bayden, prezident Ərdoğan və Ukrayna prezidenti Vladimir Zelenski olub.

Sandro Giorgetti verdiyi açıqlamada bunlari deyib :

“Liderlərin ən çox istifadə etdiyi üç sosial media platformasını nəzərə alsaq, Bayden izləyici sayına görə 66 milyondan çox izləyicisi ilə seçilir. İkinci yerdə 40 milyondan çox izləyicisi olan Ərdoğanı və 27 milyondan çox izləyicisi Zelenskinin üçüncü yerdə olduğunu görürük. Zelenskinin Ukraynadakı münaqişənin yaratdığı ictimai diqqətə görə digər iki liderdən daha çox beynəlxalq izləyicisi var”.

Ərdoğan və Zelenskinin sadiq izləyiciləri olduğunu və dərc etdikləri hər məzmunla ayrı fanat kütləsi yaratdıqlarını deyən Giorgetti, Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın da sosial mediada ən aktiv dövlət başçılarından biri olduğunu qeyd edib.

Bu adları Misir prezidenti Əbdülfəttah əs-Sisi, İngiltərə baş naziri Rişi Sunak və İtaliyanın baş naziri Giorgia Meloni izlədiyi bildirilib.

Fondun rəhbəri Françesko Di Kostanzo bildirib ki, onun yeni tədqiqatı həm milli, həm də beynəlxalq səviyyədə qalib gələn strategiya, həm də birbaşa ünsiyyətdə uğur qazanmaq üçün əsas sosial media platformalarının sədaqətli və diqqətli idarə olunmasının vacibliyinə işarə edir.

Murad Həsənov /aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]