Ukrayna Prezidenti V.Zelenski bəyan edib ki, ölkəsində davam edən müharibədə Rusiya ordusuna qarşı daha effektiv mübarizə aparmaq üçün uzaqmənzilli raketlərə ehtiyac var.
Aktualtv.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Telegram hesabında video paylaşımında Rusiya-Ukrayna müharibəsi kontekstində baş verən son hadisələri dəyərləndirib.
Ötən gün Rusiya qüvvələrinin Donetsk vilayətinin Konstantinivka şəhərinə raket zərbələri endirdiyini qeyd edən Zelenski hücum nəticəsində 3 mülki vətəndaşın həlak olduğunu, 14 nəfərin yaralandığını açıqlayıb.
Zelenski hücumda mülki əhalinin yaşadığı evlərin hədəf alındığını və hücumu Rusiya qüvvələrinin “S-300” raketləri ilə həyata keçirdiyini bildirib.
Bənzər hücumların qarşısını almaq və Rusiya ordusunun hücum imkanlarını məhdudlaşdırmaq üçün daha çox silaha ehtiyacları olduğunu qeyd edən Zelenski “Ukraynanın xüsusilə uzaqmənzilli raketlərə ehtiyacı var”-deyib.










