Ərdoğanın açıqlaması narahatlıq doğurub – Özəl

Finlandiya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-ya üzvlük prosesi ilə bağlı şərhindən sonra Rəsmi Ankara ilə dərhal təmasa keçib.

Aktualtv.az xəbər verir ki, bu barədə “Helsingin Sanomat” nəşri Prezident Sauli Niinistöyə istinadən bildirib.

“Finlandiya həm prezident aparatı, həm də xarici işlər naziri Pekka Haavisto vasitəsilə Türkiyə ilə əlaqə saxlayıb. Biz bu barədə xarici işlər naziri Haavisto ilə razılaşdıq. Əslində, indiki məqamda başqa sözüm yoxdur, amma düşünürəm ki, gələcəkdə açıqlamalar olacaq”, – Niinistö qeyd edib.

Finlandiya Prezidenti türkiyəli həmkarının şərhində qeyri-müəyyənlik və şərtiliyin olduğunu vurğulayıb.

Səbinə Kərimova /aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]