6,1 bal gücündə zəlzələ baş verib – Özəl

Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 6,1 bal gücündə zəlzələ baş verib.

Aktualtv.az xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzinin verdiyi açıqlamaya görə, səhər saatlarında 6,1 bal gücündə zəlzələ qeydə alınıb. Episentri bölgənin şimalındakı Aksu vilayətinin Şayar rayonunda olub. Zəlzələ yerin 50 kilometr dərinliyində baş verib.

Zəlzələ nəticəsində insan tələfatı və maddi tələfat barədə hələlik məlumat verilmir.

Dövlət televiziyası CCTV zəlzələ zamanı hava limanında sərnişinlərin təxliyyə edilməsi, terminalın döşəməsinin silkələnməsi və tavan işıqlarının silkələnməsi görüntülərini yayıb.

Zəngin yeraltı sərvətlərə malik rayonda elektrik şəbəkəsində, neft və təbii qaz hasilatı və neft-kimya müəssisələrində hər hansı ziyan aşkar edilməyib.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasının 5,7 olduğunu açıqlayıb.

Etibar Məmmədov/ aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]