ABŞ iqtisadiyyatı proqnozlaşdırılandan daha artıq böyüyüb – Özəl

Federal Ehtiyat Sistemi faiz dərəcəsini 25 bənd artıra bilər. Analoji addım Avropa Mərkəzi Bankından da gözlənilir. Əsas məsələ isə faiz artımlarının nə qədər davam edəcəyidir.

Aktualtv.az xəbər verir ki, ötən həftə ABŞ-da məşğulluqla bağlı açıqlanan rəqəmlər ölkə iqtisadiyyatı üçün yumşaq eniş siqnalı verib. Çünki ABŞ iqtisadiyyatı 2022-ci ilin son rübündə proqnozdan daha artıq böyüyüb.

Belə ki, yeni mənzil satışları 2,3 faiz artıb. Şəxsi istehlak xərclərində isə 2,1 faiz azalma qeydə alınıb. Şirkətlərə gəlincə Teslanın gəlirləri 37 faiz artaraq 24,3 milyard dollara yüksəlib. Buna baxmayaraq 24,7 milyard dollarlıq proqnoz göstəriciyə çatmaq mümkün olmayıb. Maykrosoftun gəlirləri isə 2021-ci illə müqayisədə 12 faiz azalıb. General Motors və Conson da bazar proqnozlarını qarşılaya bilməyib. Analitiklər balans dövrünün davam etdiyinə diqqət çəkərək, Apple, Amazon, Alfabet və Meta kimi şirkətlərin bazarın istiqamətinə təsir edəcəyini bildirib.

Avropa Mərkəzi Bankının faiz artımı məsələsinə gəlincə isə, ekspertlər hesab edir ki, bank faiz artımını dayandırmasa belə ləngidə bilər. Qitə iqtisadiyyatındakı qarışıq siqnallar buna təsir edir. Təbii qazın ucuzlaşması isə istehsal xərcləri və inflyasiya baxımından rahatlamanı təmin edə bilib.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]