Donald Tramp yenidən ABŞ-nin prezidenti olacaq? – Özəl

ABŞ-nin keçmiş prezidenti Donald Tramp prezidentlik kampaniyasına Nyu-Hempşir və Cənubi Karolina ştatlarına səfər edərək başlayıb.

Aktualtv.az xəbər verir ki, bu barədə bazar günü CNBC məlumat yayıb.

Telekanalın məlumatına görə, onun seçki kampaniyası ilə bağlı tədbirləri Trampın adi “minlərlə həmfikir qarşısında səs-küylü mitinqlərindən” fərqli olub. Belə ki, Kolumbiyada (Cənubi Karolina) keçmiş prezident cəmi 200 amerikalı ilə görüşüb.

Trampın köməkçiləri bunu 2024-cü il təkrar seçki kampaniyasının ictimai mərhələsinə doğru ilk addım kimi qiymətləndirirlər. O, çıxışında Co Bayden administrasiyasının xarici siyasət qərarlarının tənqidinə diqqət çəkib.

Bir çox respublikaçı da Ağ Ev prezidentliyinə öz namizədliyini irəli sürməyi düşünür. Konkret olaraq, Nyu-Hempşir qubernatoru Kris Sunu və Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heyli namizəd ola bilər.

Tramp noyabrın 15-də 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlamışdı. ABŞ-ın hazırkı prezidenti noyabrın 9-da yenidən dövlət başçısı seçilmək üçün mübarizə aparmağı planlaşdırdığını açıqlayıb, lakin son qərarını yalnız bu ilin əvvəlində verəcəyi barədə xəbərdarlıq edib.

Səbinə Kərimova /aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]