Dünyada ilk – Türkiyədə istehsal olunacaq – Özəl

Toyota-nın akkumulyatorlu hibrid modeli New C-HR dünyada ilk dəfə Türkiyədə istehsal olunacaq.

Aktualtv.az xəbər verir ki, Toyota tərəfindən edilən açıqlamaya görə, Toyota Avtomobil Sənayesi dünyada ilk dəfə olaraq Türkiyədəki fabrikində təkrar doldurulan C-HR istehsal edəcək və şirkətin Avropadakı fabrikləri arasında təkrar doldurulan avtomobil istehsal edən ilk fabrik olacaq. .

Sakaryadakı fabrik daha bir ilkə ev sahibliyi edəcək və Toyota Avropa bölgəsində ilk akkumulyator istehsal xəttini Sakaryada quracaq.

Yeni C-HR-nin Toyota-nın 2025-ci ilə qədər Avropada 1,5 milyon avtomobil satmaq hədəfinə əhəmiyyətli töhfə verəcəyi gözlənilir. Beləliklə, TMMT brendin Avropada elektrikləşdirmə transformasiyasında mühüm rol oynayacaq.

Yeni Toyota C-HR həm də C-SUV seqmentində Toyota-nın yeni dizayn yanaşmasını parlaq şəkildə əks etdirəcək. Bu layihə ilə Toyota Yeni Qlobal Platformada (TNGA2) 5-ci Nəsil hibrid və təkrar doldurulan hibrid texnologiyalı yeni C-HR dünyada ilk dəfə Toyota Avtomobil Sənayesi Türkiyədə istehsal ediləcək.

Murad Həsənov /aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]