Ermənilər daha bir ərazini “özününkü” saymağa çalışıb – Toqquşma baş verib – Özəl

Ermənilərin İsrailin onlara məxsus olması iddiası yəhudilərlə toqquşmalara səbəb olub.

Aktualtv.az xəbər verir ki,məlumata görə, ilk qarşıdurma “Ağlama divarı” yaxınlığında baş verib. Toqquşmaya ermənilərin İsrailin onlara məxsus ölkə olması barədə ittihamı səbəb olub. Belə ki, ermənilərdən birinin “Bura – İsrail bizim ölkəmizdir, bura evimizdir”, – deməsi tərəflər arasında qarşıdurma yaradıb.

Qeyd edilir ki, ermənilər yəhudiləri təqib ediblər. Bunu görən yəhudilərdən biri hüquq-mühafizə orqanlarının əməkdaşlarını köməyə çağırıb. Qarşıdurmaya polis əməkdaşları müdaxilə ediblər. Asayiş keşikçiləri dinc sakinləri təqib edən ermənilərin qarşısını kəsiblər. Toqquşmanı daha da dərinləşdirən Gevorq Kaxkecyan saxlanılıb. G.Kaxkecyan məhkəmənin qərarı ilə 20 sutka ev dustaqlığına məhkum edilib.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]