İran bu sahədə ciddi itki yaşayır – Özəl

Avropadan İrana üz tutan turistlərin sayı olduqca azalıb.

Avropa ölkələrindən də yaz aylarında İrana səyahət etmək üçün bu ölkənin əlaqədar qurumlarına müraciət qeydə alınmayıb.

Aktualtv.az xəbər verir ki, bu barədə İran Turizm Bələdçiləri Birliyinin rəhbəri İbrahim Purfərəc açıqlama yayıb. O, Avropa Birliyinin SEPAH-a qarşı sanksiyalar tətbiq etməsi və bunun mediada yayılmasının avropalılarda İranafobiyaya səbəb olduğunu və onların İrana səyahət etməkdən çəkinməsi ilə nəticələndiyini bildirib.

“Xarici, xüsusən avropalı turistlərin cəlb olunmasında Türkiyə, Azərbaycan və BƏƏ İranın rəqibləridirlər. Turistlər adı çəkilən ölkələrə getməyə üstünlük verirlər. Turizm təşkilatlarının isə bunun qarşısını almaq üçün fəaliyyətləri nəticəsiz qalıb”-deyə, Purfərəc qeyd edib.

Səbinə Kərimova /aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]