2022-ci ilin son rübündə Almaniya iqtisadiyyatı enerji böhranı və rekord inflyasiya səbəbiylə əvvəlki rüblə müqayisədə 0,2 faiz kiçildi.
Aktualtv.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) qabaqcıl məlumatlarına görə Almaniyada mövsüm və təqvim təsirlərindən təmizlənmiş ÜDM son rübdə bir əvvəlki rübə görə yüzdə 0,2 azaldı.
Bazarlarda Almaniya iqtisadiyyatının son rübdə yüzdə 0,3 daralması gözlənilirdi. Üçüncü rübdə Almaniya iqtisadiyyatı əvvəlki rüblə müqayisədə 0,5 faiz artıb.
Ölkənin ÜDM-i 2022-ci ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artıb.
“Almaniya iqtisadiyyatı çətin şərtlərə baxmayaraq keçən ilin ilk üç rübündə yaxşı çıxış etdikdən sonra, 2022-ci ilin dördüncü rübündə iqtisadi göstəricilər bir qədər azaldı” deyə mənbənin məlumatında bildirilib.
Almaniya iqtisadiyyatının son rübdə daralmasının əsas səbəbi yüksək inflyasiyanın şəxsi istehlakı yavaşlatması idi.
İqtisadçılar Avropanın ən böyük iqtisadiyyatı tənəzzüldə olduğu üçün bu ilin birinci rübündə ÜDM-in daha da düşəcəyini gözləyirlər.
Texniki tənəzzül “ÜDM-də azalmanın dörddə ikisi” kimi müəyyən edilir.
Almaniya 10 illik yaxşı iqtisadi artımdan sonra COVID-19 pandemiyasının ilk ili olan 2020-ci ildə 2009-cu ildən bəri ilk tənəzzülü yaşadı.
Ölkədə illik inflyasiya isə enerji qiymətlərinin aşağı düşməsi və hökumətin ev təsərrüfatlarının enerji xərclərini birdəfəlik ödəməsi səbəbindən dekabr ayında ardıcıl ikinci aydır ki, 7,9 faizə enib.
Murad Həsənov /aktualtv.az










