Nüvə təhlükəsi – ABŞ-nin müdafiə naziri Koreyaya səfər edəcək – Özəl

ABŞ-nin müdafiə naziri Lloyd Ostinin Şimali Koreyadan gələn nüvə və raket təhlükəsi və digər təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Cənubi Koreyaya səfər edəcəyi bildirilir.

Aktualtv.az xəbər verir ki, Cənubi Koreyanın Yonhap agentliyinin məlumatına əsasən, bu gün Seula gələcəyi gözlənilən ABŞ naziri Cənubi Koreyalı həmkarı Li Çen Sup və digər rəsmi şəxslərlə görüşəcək.

Mənbədən bildirilib ki, “iki nazir ABŞ-nin çəkindirmə qabiliyyətinin müdafiəsini genişləndirmək üçün birgə səyləri nəzərdən keçirəcəklər”.

Qeyd edilib ki, genişləndirilmiş çəkindirmə “müttəfiq ölkəni müdafiə etmək üçün nüvə də daxil olmaqla bütün hərbi potensialının səfərbər edilməsi deməkdir”.

İki nazirin görüşündə Şimali Koreyanın nüvə silahından istifadə ssenarisi ilə bağlı müttəfiq ölkələrin gələn ay Vaşinqtonda planlaşdırdıqları masa müzakirəsinə əsaslanan döyüş oyununa da toxunulacağı gözlənilir.

Bildirilir ki, döyüş oyunu araşdırması Şimali Koreyanın nüvə taktiki silahları əldə etmək cəhdləri qarşısında təhdidlərə qarşı daha təsirli və real yanaşma yaratmaq məqsədi daşıyır.

Ostin və Linin keçən il ABŞ, Cənubi Koreya və Yaponiyanın təşkil etdiyi Üçtərəfli Təhlükəsizlik Sammitində müzakirə edilən Şimali Koreyanın raket təhdidinə qarşı üç ölkə arasında raket xəbərdarlığının paylaşılması kimi konkret addımları da dəyərləndirəcəkləri bildirilib.

Görüş zamanı ABŞ-ın Yaponiyaya hərbi potensialının gücləndirilməsi üçün dəstəyi və Cənubi Koreyanın bu məsələdə mövqeyinin, Rusiya ilə müharibədə Ukraynaya tank yardımının müzakirə ediləcəyi gözlənilir.

Ostinin səfəri NATO-nun baş katibi Yens Stoltenberqin Cənubi Koreyaya səfərinə təsadüf edib.

Ötən gün Seula gələn Stoltenberq xarici işlər naziri Park Jin ilə görüşüb. NATO-nun baş katibi bu gün prezident Yoon Suk-yeol və müdafiə naziri Li Conq-Sup ilə görüşəcək və Koreya yarımadasında geosiyasi riskləri araşdıran CHEY İnstitutunda çıxış edəcək.

Etibar Məmmədov/ aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]