Qərbin tank qərarının pərdəarxası məqamları 

Qərb liderləri ehtiyat edirlər ki, zaman Rusiyanın xeyrinə işləyə bilər.

Belə bir iddia ilə “Wall Street Journal” çıxış edib. 

Bildirilib ki, Qərb liderlərinin taktikanı kəskin şəkildə dəyişmək və Kiyevə hərbi yardımı əhəmiyyətli dərəcədə artırmaq qərarının arxasında zamanın Rusiyanın xeyrinə işləyəcəyi ilə bağlı ehtiyatlılıq dayana bilər.

Nəşrin yazdığına görə, Qərb siyasətçiləri hesab edirlər ki, Ukrayna üçün imkanlar pəncərəsi sonsuz deyil və müharibənin gedişatını dəyişmək üçün Kiyevi mümkün qədər tez daha güclü silahlarla, o cümlədən döyüş tankları və hava hücumundan müdafiə sistemləri ilə təmin etmək lazımdır.

“Uzun müddət Qərbdə ümid edilirdi ki, sərt qışdan, hərbi itkilərdən və sanksiyalar səbəbindən iqtisadi vəziyyətin pisləşməsindən sonra Moskva münaqişəyə son qoymağa çalışacaq və sülh üçün imkanlar axtarmağa başlayacaq. Lakin, deyəsən, bu hesablama özünü doğrultmayıb. Rusiyanın Ukraynaya təcavüzünün başlamasının birinci ildönümü yaxınlaşır və Moskva verdiyi itkilərə və tətbiq olunan sanksiyalara baxmayaraq, görünür, Ukraynaya yeni hücuma keçmək niyyətindədir”, – məqalədə qeyd olunub.

“İndi bir sıra Qərb liderləri hesab edir ki, səfərbər olmağa hazır olan Kreml uzunmüddətli hərbi münaqişə taktikasına sadiq qalaraq qalib gələ bilər. Ola bilsin ki, Kreml gözləyir ki, zaman keçdikcə Avropa və ABŞ əhalisi hökumətlərin Ukraynaya yardım göstərmək səylərinə getdikcə daha az həvəs göstərəcək. Bundan əlavə, bəzi ölkələrdə bu müddət ərzində liderlər və hökumətlər dəyişə bilər”, – araşdırmada yazılıb.

Yazıda vurğulanıb ki, Qərb hələ Kremlin sanksiyalara görə münaqişəni azaltmaq barədə düşünəcəyinə dair heç bir əlamət görmür, həmçinin siyasətçilər başa düşür ki, Rusiyanın Qərb texnologiyasından istifadə etmədən silah istehsal etmək, eləcə də yeni səfərbərlik dalğası keçirmək üçün kifayət qədər resursu var.

Modern.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]