Ukrayna hakimiyyəti yeni hərbi yardımın birinci mərhələsi çərçivəsində beynəlxalq müttəfiqlərdən 24 qırıcı təyyarə almağı planlaşdırır.
Aktualtv.az xəbər verir ki, məlumata görə, ABŞ rəsmiləri “F-16” qırıcılarının Kiyevə verilməsinə çalışır. Ukrayna Silahlı Qüvvələri onlara 180-ə yaxın belə təyyarə lazım olduğunu bildirib. Almaniya qırıcı təyyarələrinin tədarükünü istisna edir. Böyük Britaniya isə Rusiya qoşunlarını çıxaracağı halda qırıcıları təhvil verə bilər. Polşa isə NATO-nun koordinatorluğu ilə Ukraynaya “F-16” qırıcı təyyarə verməyə hazır olduğunu bildirib. Polşa NATO-dakı müttəfiqləri ilə razılaşdırılandan sonra F-16 qırıcılarını Ukraynaya göndərməyə hazırdır.
“Bir neçə ay əvvəl MİQ təyyarələrinin Ukraynaya verilməsi prosesində olduğu kimi istənilən digər hava hücumu vasitələrini də NATO ölkələri ilə razılaşdıraraq tədarük edə biləcəyik” – deyə Polşanın baş naziri bildirib.
Səbinə Kərimova /aktualtv.az










