Rusiya XİN: “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prioritetimizdir”

“Bizi Cənubi Qafqaz respublikaları ilə ümumi tarix, mənəvi və mədəni yaxınlıq, xalqlar arasında möhkəm dostluq telləri bağlayır. Cənubi Qafqazla bilavasitə həmsərhəd olan Rusiya bu regionun sabitliyində və rifahında, onun nəqliyyat, logistika, ticarət, investisiya, texnoloji imkanlarından qarşılıqlı faydalı istifadədə maraqlıdır. Diplomatiyamızın məqsədi də məhz budur”.

Aktualtv.az-ın məlumatına görə, bu barədə Rusiya XİN-in ötən ilin yekunları ilə bağlı nazir Sergey Lavrovun mətbuat konfransına media tərəfindən göndərilən suallara cavabında bildirilib.

Nazirlikdən regionda yığılıb qalan münaqişə potensialının aradan qaldırılması üçün intensiv işlər görüldüyü, bu baxımdan prioritet vəzifələrdən birinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması olduğu qeyd edilib.

Qurumdan münasibətlərin normallaşmasının əsasını Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci il tarixli bəyanatlarının təşkil etdiyi vurğulanıb.

“Əminik ki, prosesin uğuru tamamilə bu üçtərəfli müqavilələrə ciddi riayət olunmasından asılıdır”, – deyə XİN-dən əlavə edilib.

Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasına gəlincə isə Rusiya xarici siyasət idarəsindən bildirilib ki, Moskva regional vəziyyətin daha da yaxşılaşmasına töhfə verəcək Ermənistan-Türkiyə əlaqələrinin bərpası üçün perspektivlər açan son hadisələri alqışlayır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]