Texnologiya sənayesində böhran dalğası davam edir – Özəl

“Philips” dünya üzrə 6000 işçini ixtisar edəcək.

Aktualtv.az xəbər verir ki, Hollandiya mərkəzli elektronika şirkəti Philips, şirkətin itkisi səbəbindən xərcləri azaltmaq üçün dünya üzrə 6000 nəfəri işdən çıxaracağını açıqladı.

Philips-in 2022-ci ildəki satışları ilə bağlı verdiyi açıqlamada satışların azaldığı və şirkətin 1,6 milyard zərər etdiyi bildirilib.

Açıqlamada şirkətin 2023-cü ildə dünya üzrə 6 min nəfəri işdən çıxaracağı bildirilib.

Onların 1100 nəfərinin Hollandiyanın paytaxtı Amsterdam və Eyndhovendə olduğu qeyd edilib.

Dünya üzrə 80 minə yaxın işçisi olan şirkət xərcləri azaltmaq üçün ötən ilin oktyabrında yenə 4 min nəfəri işdən çıxarmışdı.

Murad Həsənov /aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]