Rəcəb Tayyib Ərdoğan mayın 14-də keçiriləcək prezident seçkisində hakim Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının birləşdiyi “Cümhur ittifaqı”nın vahid namizədi olacaq.
Aktualtv.az xəbər verir ki, müxalifətin 6 partiyasının birləşdiyi “Millət ittifaqı” son toplantısında Ərdoğanın üçüncü dəfə prezidentliyə namizədliyini qəbul etməyəcəyini bildirib. Hüquqşünaslar bununla bağlı Türkiyədə Konstitusiyanın 101-ci maddəsini əsas gətirib. Ərdoğan isə rəqiblərinə “Türkiyə 2018-ci il seçkisi ilə yeni sistemə keçib, yəni, xronometraj sıfırlandı cavabını verib.
2018-ci ildə seçilən dövlət başçısı yeni sistemin ilk prezidentidir” – cavabını verib. Ərdoğan Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsinə də toxunub. Bildirib ki, Finlandiya eyni səhvləri təkrarlamasa, veriləcək mesajdan İsveç şok olacaq.
Büllur Məmmədova / aktualtv.az










