Üsyançıların hücumu: 15 ölü – Özəl

Konqo Demokratik Respublikasının İturi əyalətində üsyançıların hücumu nəticəsində 15 əsgər həlak olub.

Aktualtv.az xəbər verir ki, milli medianın məlumatına görə, İturi əyalətinin paytaxtı Buniadan 60 kilometr aralıda hərbi karvan “Konqonun İnkişafı üçün Alyans” (CODECO) adlı üsyançı qrup üzvləri tərəfindən hücuma məruz qalıb.

Üsyançılarla əsgərlər arasında baş verən qarşıdurmada 15 əsgər həyatını itirib.

Hücumda CODECO üzvləri çoxlu hərbi sursat ələ keçirib.

2014-cü ildən bəri ölkənin şərqində fəaliyyət göstərən üsyançıların hücumları nəticəsində minlərlə dinc sakinin öldüyü təxmin edilir.

Ruanda, Uqanda və Burundi ilə sərhədin yerləşdiyi KDC-nin şərqi 20 ildir qızıl və kobalt kimi mədənlərə nəzarət etməyə çalışan silahlı qrupların hücumlarına və qarşıdurmalarına səhnə olub.

Murad Həsənov /aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]