Yenidən səfərbərlik olacaq? – Özəl

Rusiya hakimiyyəti qismən səfərbərlik çərçivəsində çağırışların növbəti mərhələsi variantını saxlayır.

Aktualtv.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə nazirliyinin Kəşfiyyat Xidməti məlumatında bildirilib.

“Yanvarın 22-də mediada Rusiya sərhədçilərinin ikili pasporta malik qırğız işçi miqrantların Rusiyanı tərk etməsinə mane olduğu və həmin şəxslərə adlarının səfərbərlik siyahılarında olduğunu bildirməsi xəbəri yayılıb. Yanvarın 23-də isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qismən səfərbərlik haqqında fərmanın qüvvədə qaldığını bildirərək, fərmanın Silahlı Qüvvələrin işinə dəstək üçün zəruri olduğunu iddia edib”, deyə kəşfiyyatın açıqlamasında qeyd olunub.

Kəşfiyyat Xidməti bildirib ki, bu hal suallar doğurur. Bu, Rusiyanın Ukraynaya böyük hücumu təmin etmək üçün yollar axtarması ilə əlaqələndirilib.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]