ABŞ Çinə qarşı – Əməliyyat keçirmək üçün strateji mövqe – Özəl

Vaşinqton və Manila ABŞ hərbçilərinin Filippindəki bir neçə bazaya “genişlənmiş giriş” əldə etmək üçün ilkin razılığa gəliblər.

Aktualtv.az xəbər verir ki, bu barədə bazar ertəsi “The Washington Post” məlumat yayıb. Hər iki ölkənin hakimiyyət orqanlarından yayımlanan məlumata görə, ilkin razılıq Luzon adasında xüsusi olaraq iki obyekt olub. Onun Amerika tərəfindən necə istifadə oluna biləcəyi dəqiqləşdirilməyib.

Nəşr vurğulayır ki, Vaşinqtonun bu addımı “Hind-Sakit okeanı regionunda ABŞ qüvvələrini gücləndirmək, ittifaqları artırmaq və Çinə nəzarət etmək” məqsədi daşıyır.

Nəşrin məlumatına görə, son bir neçə ayda Amerika tərəfi Filippində bir neçə obyekti qiymətləndirib və onlardan ən azı ikisini seçib. Bu sövdələşmələr bu həftə ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə filippinli həmkarı Carlito Galvez və prezident Ferdinand Markos Jr tərəfindən razılaşdırılıb.

Nəşr bu “danışıqların hələ də davam etdiyini” izah edir. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan da onlara qoşulub. Tərəflərin “təhlükəsizlik məsələlərində əməkdaşlıq” mövzusunda da razılığa gəlməsi gözlənilir.

Nəşr qeyd edir ki, ABŞ hazırda Filippindəki beş hərbi bazadan istifadə edə bilər. Mövcud razılaşmalara əsasən, ABŞ ordusu razılaşdırılmış obyektlərdə rotasiya əsasında yerləşdirilə bilər.

Etibar Məmmədov/ aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]