Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicki bildirib ki, ölkəsi və Avstriya müharibəni daha da böyütməmək üçün Ukraynaya silah göndərməyəcək.
Aktualtv.az xəbər verir ki, müdafiə naziri Szalay-Bobrovnicki paytaxt Budapeştdə Avstriyanın müdafiə naziri Klaudia Tanner ilə görüşdən sonra birgə mətbuat konfransı keçirib.
Görüşdə Rusiya-Ukrayna müharibəsinin müzakirə edildiyini bildirən Szalay-Bobrovnicki “Macarıstanın mövqeyi bəllidir, münaqişənin genişlənməsinin qarşısını almaq istədiyimiz üçün ora silah göndərmirik. Qaçanlara humanitar yardım edilir”- deyib.
Avstriya naziri Tanner Avropada təhlükəsizlik vəziyyətinin Ukraynadakı proseslərin yaratdığını və ən böyük təhlükənin müharibənin Avropaya yayılması olduğunu bildirib.
İki ölkə arasında əməkdaşlığın mükəmməl olduğunu qeyd edən Tanner iki ölkə əsgərlərinin 7 fərqli missiyada ortaq vəzifə daşıdığını da sözlərinə əlavə edib.
Murad Həsənov /aktualtv.az










