“Caliber” Ermənistan XİN başçısının Avropa Parlamentindəki qapalı görüşü barədə süjet hazırlayıb – VİDEO

Avropa Birliyinin paytaxtında Avropa Parlamentinin deputatları ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında qapalı görüş baş tutub. Görüşdə A.Mirzoyan avropalı parlamentarilərin bir sıra nahamar suallarına cavab verməli olub.

Bu barədə “Caliber” “YouTube” layihəsinin növbəti süjetində qeyd olunur.

Müəllif vurğulayır ki, Estoniyadan olan deputat Marina Kalyurand Mirzoyana Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasının perspektivləri ilə bağlı sual verib. Bu suala Mirzoyan: “Hər şey mümkündür”, – cavabını verib.

“İrəvan Ermənistanın KTMT-dən çıxması ilə bağlı istənilən müzakirələrə hazırdır. Ermənistan öz təhlükəsizliyi məsələsində vakuuma yol verə bilməz”, – deyə Ararat Mirzoyan vurğulayıb.

Daha ətraflı “Caliber”in yeni süjetində:

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]