Ermənistan ordusu çalxalanır – Daha bir həbs – Özəl

Ermənistanda hərbi hissədə 15 əsgərin ölümü ilə nəticələnən yanğınla əlaqədar daha bir hərbi qulluqçu həbs edilib.

Aktualtv.az xəbər verir ki, Ermənistan Baş Prokurorluğu məlumatına görə, prokurorun qərarı ilə N saylı hərbi hissənin yanğından mühafizə və xilasetmə xidmətinin rəisi, həbs edilib. Yeri gəlmişkən, Ermənistanın Milli Təhlükəsizlik Xidməti Silahlı Qüvvələrin kapitanını həbs edib.

Bu barədə ölkənin Milli Təhlükəsizlik Xidmətindən bildirilib. O, 2021-ci ildən etibarən xarici kəşfiyyata casusluq etməkdə ittiham olunur. Kapitan məxfi məlumatları xarici kəşfiyyata ötürməkdə şübhəli bilinir. Həbs edilən hərbçinin adı açıqlanmayıb.

Etibar Məmmədov/ aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]