İranda qida çatışmazlığı hökm sürür – BÖHRAN – Özəl

İranda ərzaq qiymətlərinin artım tendensiyası yanvar ayında da davam edir.

Aktualtv.az xəbər verir ki, KİV-lər ölkədəki qida çatışmazlığının böhran həddinə çatdığını yazır. Millət vəkilləri isə qarşıdakı aylarda rəsmi inflyasiyanın 60%-ə və bəlkə də daha çox olacağına dair proqnozlar veriblər. “Həm Mihən” qəzeti ölkədə qida çatışmazlığının artması və süd məhsullarının istehlakının dünya ortalamasının yarısına enməsi barədə məlumat yayıb.

Qırmızı ətin vətəndaşların menyusundan çıxarılması və ya azaldılması ailənin, həmçinin yeni dünyaya gələn uşaqların sağlamlığını təhlükə altına qoyur. “İranda altı yaşınadək uşaqların təxminən 16%-i qida çatışmazlığından əziyyət çəkir. Böyüməkdə olan 800 min uşaq enerji və protein çatışmazlığı çatışmazlığı ilə üzləşib”,-deyə, qəzet yazıb.

Səbinə Kərimova /aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]