Külək və günəş enerjisi ilk dəfə qazı ötdü – Özəl

Avropa İttifaqı ölkələrində külək və günəşin elektrik enerjisinin istehsaldakı payı rekord səviyyəyə – 22,3 faizə çataraq ilk dəfə təbii qazı ötüb.

Aktualtv.az xəbər verir ki, Londonda yerləşən enerji analitik mərkəzi Ember-in Avropa Elektrik Qiymətləndirilməsi 2023-cü il hesabatına görə, keçən il Aİ ölkələri enerji sektorunda ən böyük qaz tədarükçüsü olan Rusiyadan gələn qaz axınının kütləvi azalması, 500 ildə bir dəfə müşahidə olunan quraqlıq, Fransa və Almaniyada nüvə enerjisi istehsalında gözlənilməz azalma səbəbiylə “üçlü böhran” yaşadı.

Elektrik enerjisi istehsalında hidro və nüvənin payı 32 faiz təşkil edib ki, bu da quraqlığın su elektrik enerjisi istehsalına təsiri və atom elektrik stansiyalarındakı məhdudiyyətlər səbəbindən son 20 ilin ən aşağı səviyyəsidir.

Günəşdən elektrik enerjisi istehsalı keçən illə müqayisədə 24 faiz artaraq 10 milyard avroluq qaz dəyərini ötüb və günəş, elektrik enerjisi istehsalının ən sürətlə artan mənbəyinə çevrilib. Keçən il günəş enerjisi istehsalı 20 ölkədə rekordlar qırdığı dönəmdə, Hollandiya elektrik enerjisi istehsalının yüzdə 14-ünü təkcə günəşdən qarşılayaraq bu ölkələr arasında birinci yeri tutub.

Külək və günəş enerjisindən elektrik enerjisi istehsalının rekord səviyyəsi nüvə və su elektrik enerjisi istehsalında fərqi aradan qaldırıb, elektrik enerjisi istehsalında təbii qazın payı 19,9 faiz, kömürün payı isə 16 faiz olub.

Beləliklə, külək və günəşdən elektrik enerjisi istehsalı Aİ ölkələrinin elektrik enerjisi istehsalının beşdə birindən çoxunu təmin edərək, ilk dəfə olaraq təbii qazı ötüb.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]