Partlayış nəticəsində ölənlərin sayı artdı – Özəl

Pakistanın Peşavar şəhərindəki məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 93-ə nəfərə çatıb.

200-dən çox insan xəsarət alıb.Bir neçə nəfərin durumu ağır olaraq qalır, yaralıların müalicəsi isə davam etdirilir.

Aktualtv.az xəbər verir ki, yanvarın 30-da Pakistanın şimal-qərbində, Peşavar şəhərində yerləşən məsciddə terror aktı baş verib. Məlumata görə, polis və hərbçilər də daxil olmaqla insanların sıx olduğu məsciddə günorta namazı zamanı kamikadze partlayıcı qurğunu işə salıb.Hadisə yerində xilasetmə əməliyyatı davam edir və qurbanların sayı arta bilər.

Terrora görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” terror təşkilatı öz üzərinə götürüb.

Etibar Məmmədov/ aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]