“Rusiya-Ukrayna müharibəsinin qalibi Türkiyə olub” – Özəl

Almaniyanın aparıcı qəzetlərindən olan Bild-də Türkiyə ilə bağlı diqqətçəkən təhlil dərc olunub.

Aktualtv.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin qalibinin Türkiyə olduğuna diqqət çəkən yazıda Türkiyə ilə Rusiya arasında ixrac və idxal rəqəmlərinin bir ildə iki dəfə artdığı qeyd edilib. Xəbərdə Rusiyanın 2022-ci ildə Türkiyənin ən böyük ticarət tərəfdaşı olaraq Almaniyanı əvəzlədiyi bildirilib.

Almaniyanın “Bild” qəzetində Türkiyə və prezident Ərdoğanın da yer aldığı diqqətçəkən xəbər var. “Türkiyənin ikili oyunu – Ərdoğan Putinin sanksiyalarından belə faydalanır” başlıqlı təhlili Mark Oliver Rühle dərc edib.

Rusiya-Ukrayna müharibəsi və ondan sonra baş verənlərlə bağlı məqalədə, Türkiyənin Rusiya sərmayələri üçün mühüm mövqeyə gəldiyi bildirilib. Keçən il Almaniyanı əvəzləyən Rusiyanın Türkiyənin ən böyük ticarət ortağı olması ilə bağlı məlumatların yer aldığı xəbərdə “Türkiyə Rusiyaya maşın və avadanlıq satışında Almaniyanı geridə qoydu” ifadəsi yer alıb.

Xəbərə görə, Türkiyə ilə Rusiya arasında ixrac və idxal rəqəmləri bir ildə iki dəfə artıb. 2022-ci ildə Rusiya Almaniyanı əvəz edərək Türkiyənin ən böyük ticarət tərəfdaşı olub.

Dünyaca məşhur kurort Bodrumdakı dəbdəbəli ticarət mərkəzində rus dilində lövhələrin olduğu diqqətə çatdırılan məqalədə rus oliqarxlarının dəbdəbəli yaxtalarının Türkiyə limanlarında lövbər salmasının heç kimə sirr olmadığı əsaslandırılıb. Ankaranın Qərb ölkələrinin Moskvaya tətbiq etdiyi sanksiyalarla razılaşmadığını xatırladan təhlildə sözügedən addımın Türkiyə üçün faydalı olduğu qeyd edilib.

“Türkiyə vəziyyəti bir çox cəhətdən öz xeyrinə çevirdi” adlanan xəbərdə prezident Ərdoğanın yürütdüyü siyasətlə bağlı “Ukrayna savaşının qalibi Türkiyədir” şərhi də yer alıb. Xəbərdə bu vəziyyətin Aİ-nin narahatlığına səbəb olduğu da vurğulanıb.

Murad Həsənov /aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]