Vladanka Andreyeva: “BMT Azərbaycanda kənd təsərrüfatının inkişafına dəstək verir”

“BMT-nin Azərbaycandakı nümayəndəliyinin məqsədi ölkədə kənd yerlərinin inkişafına nail olmaqdır ki, bu da fermerlərin fəaliyyətinin yaxşılığa doğru dəyişməsi baxımından vacibdir”.

Aktualtv.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Aqrar Məsləhət Xidmətləri üzrə Milli Forumda çıxışı zamanı bildirib.

O deyib ki, aqrar məsləhətlər fermerləri qarşılaşdıqları problemlərə qarşı daha hazırlıqlı edir və ərzaq təhlükəsizliyini yüksəldir.

BMT-nin rezident əlaqələndiricisi qadınların da bu sahədə böyük rol oynadıqlarını, onların fəaliyyətinin təmin edilməsinin BMT üçün böyük əhəmiyyət kəsb edən inklüziv inkişafa daxil olduğunu vurğulayıb.

V.Andreyeva BMT-nin bu istiqamətdə Azərbaycanla fəal iş apardığını və müvafiq qrantlar ayırdığını qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]