Yeni qaz ehtiyatı kəşf edildi – Xarici qazdan asılılıq bitir? – Özəl

“Qara dənizdə kəşf edilən qaz ehtiyatı Türkiyənin 30 illik tələbatını ödəyə bilər”

Aktualtv.az xəbər verir ki, Türkiyənin Energetika və təbii sərvətlər naziri Fatih Dönməzin sözlərinə görə, hasilatın birinci mərhələsi 2023-cü ilin martına planlaşdırılır. Artıq ölkədə təbii qaz emalı zavodunun tikintisi başa çatıb, zavod qazı dənizdən alacaq. Mütəxəssislər mərhələli şəkildə obyektin istifadəyə verilməsi üçün sınaqlara başlayır.

Qeyd edək ki, Türkiyənin xarici qazdan asılılığı 95%-i ötür. Qara dəniz qazı zamanla bu yükü yüngülləşdirəcək. Hazırda ölkədə illik qaz istehlakı 55-60 milyard kubmetr arasında dəyişir.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]