Avropa çalxalanır – Son 12 ilin ən miqyaslı tətili baş verəcək – Özəl

Bu gün Böyük Britaniyada əməkhaqqlarının artırılmasını tələb edən yarım milyon insan son 12 ilin ən miqyaslı tətilinə qoşulacaq.

Aktualtv.az xəbər verir ki, İngiltərə, Uels və Şotlandiyada minlərlə məktəb qismən və ya tamamilə bağlanacaq. Proqnozlara görə, aksiya təhsil müəssisələrinin 85 faizinə təsir edəcək. Belə ki, 200 min müəllimin işə çıxmayacağı gözlənilir. İngiltərədə qatarların əksəriyyətinin hərəkəti dayanacaq – tətillər ölkənin ən iri 14 operatoruna təsir edəcək. Sərhəd xidməti əməkdaşlarının tətilə qoşulması isə aeroportların işində problemlər yaradacaq.

Həmçinin 100-dən çox departament və dövlət orqanında, o cümlədən Nazirlər Kabinetinin Ofisində, səhiyyə, nəqliyyat, təhsil və biznes departamentlərində, Britaniya muzeyində, Seçki Komissiyasında və ölkənin Kosmik Agentliyində çalışan 100 minə yaxın dövlət qulluqçusu tətillərə qoşulacaq.

Tətili təşkil edən həmkarlar ittifaqları hökumətlə danışıqların alınmadığını, hökumət nümayəndələri isə yalnız tətillərin dayandırılacağı halda etirazçıların tələblərinin ciddi müzakirə olunacağını deyirlər.

Etibar Məmmədov/ aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]